"Bu, maliyyə sıxıntılarından xəbər verir" - Aftandil Hacıyev

Azərbaycan Premyer Liqasının V turu çərçivəsində evdə "Qəbələ”ylə 1:1 hesablı bərabərliyə qalan "Səbail”in baş məşqçisi Aftandil Hacıyev matçsonrası mətbuat konfransı keçirib.
 
Sport7.az xəbər verir ki, çalışdırıcı əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

- Bu gün çətin oyun oldu. Arxada 5 tur qalıb. "Qarabağ” istisna, digər bütün komandalar sonadək mübarizə aparacaqlar. "Qəbələ” bir neçə tur məğlub olsa da, bugünkü oyunu ilə ilk "3-lüy"ə iddia edə bilər. İlk yarıya yaxşı girə bilmədik. Psixoloji üstünlük "Qəbələ” tərəfdə idi. Düşünürəm ki, əvəzetmə və taktiki dəyişiklik üstünlüyümüzü şərtləndirdi.

- "Qarabağ”ın ən yaxın izləyicisi olan komandanın baş məşqçisi niyə belə deyir?
- Qarşımıza heç 2-ci yeri tutmaq vəzifəsi də qoyulmayıb. Hər oyuna maksimum konsentrasiya ilə çıxmalıyıq. Ancaq tək oyun komponentləri yox, həm də digər məsələlərdə stabillik lazımdı.

- Qalan 3 oyunda "Qarabağ”dan heç olmasa 1 xal almağı bacaracaqsınız?
- Bunu istəyirik. Hər oyuna maksimum motivasiyalı çıxmağa çalışırıq.

- Maliyyə problemləri barədə yazılanlar nə dərəcədə həqiqətəuyğundu?
- Bir sıra futbolçumuzun getməsi maliyyə sıxıntılarının olmasından xəbər verir. Tamerlan Abdullayev də çalışır ki, gecikmələr çox olmasın. Hələ ki, bunun öhdəsindən gəlirlər. Qarşıdakı aylarda necə olacağını bilmirəm. Futbolçulara təşəkkür edirəm ki, bu problemlər oyunumuza təsir etmir. Qışadək avrokuboklardakı bonusumuz da köçürüləcək.

- Oyunun afişasına rast gəlmədik. Səbəb nə idi?
- (Törə Əhmədova) Sadəcə, afişaya ehtiyac duymadıq. (Matc.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR