Futbol üzrə Azərbaycan millisinin DÇ-2022-nin seçmə
mərhələsində rəqibi olan Serbiya yığmasının yeni baş məşqçisi müəyyənləşib.
Sport7.az xəbər verir ki, sözügedən komandanı
bundan sonra yerli mütəxəssis Draqan Stoykoviç çalışdıracaq.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə
Serbiya, Portuqaliya, İrlandiya, Lüksemburq və Qətərlə birlikdə A qrupunda
mübarizə aparacaq. Yığma serbiyalılarla ilk oyununu martın 30-da Bakı Olimpiya
Stadionunda (BOS) keçirəcək.