"Bu oyuna həqiqətən ciddi hazırlamışdıq" - Ayxan Abbasov

"Səbail" - "Sumqayıt" maçından sonra qonaqların baş məşqçisi Ayxan Abbasov fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis 2:0 hesablı qələbəni belə şərh edib: "Bu oyuna həqiqətən ciddi hazırlamışdıq. Komanda olaraq qələbəyə inanırdıq. Futbolçularda istəyi görürdük. Oyundan oyuna daha yaxşı oluruq, ancaq qələbə lazım idi. Bu zaman özünəinam artır. Oyunu gedişatı göstərdi ki, "Səbail" yaxşı komandadı. Rəqib bizə son 15 dəqiqədə çətinlik yaşatdı. İkinci dövrəyə qələbəylə başlamaq həqiqətən yaxşıdı".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR