"Bu qadağa azarkeşlərə pis təsir göstərə bilər" - Atanur Cəfərli

Siqaretin qadağası ilə bağlı məlum qərar birmənalı qarşılanmır.

Xüsusən də bu "zəhər"in stadionlarda çəkilməsi bəziləri üçün yaxşı qərar kimi görünsə də, bəziləri xoş qarşılanır. Maraqlıdı bəs bu məsələyə azarkeşlərin münasibəti necədi? Məlum məsələdi ki, siqaret çəkən insan hövsələsiz olur. Tez əsəbiləşir. Hətta siqaretin "təb"i gələndə dözə bilmir. İndi təsəvvür edin oyunda komandası uduzan azarkeş nə hala düşə bilər. 

Məsələ ilə bağlı "Neftçi"nin "Forza Neftçi" fanklubunun rəhbəri Sübhan Əliyevlə danışdıq. Sübhan bəy Sport7.az-a açıqlamasında bunları söylədi.

"Bu qadağa başqa ölkələrdə də var. Lap qadağa olsa da siqaret çəkilir. Stadionlarda bunun üçün yerlər olur. Mən çox stadionlarda olmuşam. Baxırsan ki, komandası qol buraxan kimi yandırıb çəkir. Azərbaycanda da bunun üçün xüsusi yerlər olsa yaxşıdı. Ümumiyyətlə stadionda icazə versələr yaxşı olar. Mən də siqaretdən istifadə edirəm. Amma düşünmürəm ki, bu pis təsir edəcək".

"Sektor11" azarkeş qrupunun rəhbəri "Atanur" Cəfərlinin isə fikirləri fərqlidi: "Mən siqaret çəkən deyiləm. Amma azarkeşlərimizdən siqaret çəkən var. Həm də belə insanlar komandası uduzanda daha tez əsəbiləşir. Əlbəttə, bu mənada pis təsir göstərə bilər. Söhbət tum çırtlayanlardan deyil, əsl azarkeşlərdən gedir. Əslində tum çırtlamağı qadağan etsələr daha yaxşı olardı. Bəlkə belədə ayılıb azarkeşlik edələr. Buna necə nəzarət olunacağını bilmirəm. Ancaq yəqin ki, problem yaradacaq. Çünki stadion açıq yerdi. Bir qədər oyunun gərginliyi, digər tərəfdən məğlubiyyət ola bilər. Bu gözləniləndi. Bu üzdən yəqin ki, xoş qarşılanmayacaq. Hətta bəzən davaya da gətirib çıxara bilər. Amma dəqiq bilmirəm tribunanın içərisində siqaret çəkməyə də qadağa qoyacaqlar ya yox. İmkan yaratsalar yaxşı olar. Amma stadion və ətrafında ümumiyyətlə siqaret çəkməyə icazə verilməsə problem olacaq".

Sport7.az

Xəbər lenti