Bu qapıçı ilə hansı Azərbaycan klubu maraqlanır?

Bu qapıçı ilə hansı Azərbaycan klubu maraqlanır?

Türkiyənin I Liqasında çıxış edən "Boluspor"un qapıçısı Orlondo Moskera Azərbaycandan təklif alıb. 

Sport7.az xəbər verir ki, bu barədəTürkiyə mətbuatına 26 yaşlı panamalı qolkiperin meneceri Tekin Birinci danışıb. Ad açıqlamaq istəməyən menecerin sözlərinə görə Azərbaycandan iddialı bir klubun qapıçı ilə maraqlandığını və hazırkı vəziyyətini soruşduğunu bildirib: "Mən də hazırda futbolla bağlı danışılacaq bir durumun olmadığını söylədim".

Orlondo Moskeranın "Boluspor"la müqaviləsi mövsümün sonunda bitir. Sözləşməyə əsasən, klub istəsə, onunla müqaviləni uzada bilər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR