Bu qapıçının komandada qalıb-qalmamasını azarkeşlər müəyyənləşdirəcək

Bu qapıçının komandada qalıb-qalmamasını azarkeşlər müəyyənləşdirəcək

Şotlandiya təmsilçisi "Livinqston" qapıçı Qeri Meylinin komandadakı taleyini müəyyənləşdirmək üçün qeyri-adi üsula əl atıb.

Sport7.az xəbər verir ki, şəhərin eyniadlı təmsilçisi bu məqsədlə azarkeşlərə müraciət edib. Klubla müqaviləsi başa çatan 38 yaşlı qapıçının komandada qalıb-qalmaması barədə rəsmi "Twitter" səhifəsində tərəfdarlar arasında sorğu keçirilib. Yekun qərarın səsvermənin nəticəsinə uyğun qəbul ediləcəyi bildirilib.

Şotlandiya çempionatında cari mövsüm koronavirus pandemiyası səbəbindən ləğv olunub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR