"Bu "Qarabağ" üçün finala bərabər oyundu" - Mahir Şükürov

Yığmamızın sabiq futbolçusu Mahir Şükürov "Qarabağ"ın Kiprdə APOEL-lə baş tutacaq oyunu haqda fikirlərini bildirib.

Sport7.az-a açıqlamasında Mahir bunları söyləyib: "Səfərdə oynayacaqlar. Çətin olacaq. Qrupdan çıxmaq üçün qələbə qazanmaq lazımdı. Komanda bundan əvvəl də APOEL-lə Kiprdə oynayıb. Özləri də görürlər ki, APOEL-in azarkeşləri stadiona az gəlir. Onlarda stadiona əvvəlki kimi çox azarkeş gəlmir. Ona görə də elə güclü atmosfer görünmür. "Qarabağ"ın üstünlüyü o ola bilər ki, ağıllı futbol oynayıb, səbr göstərsinlər. Bu "Qarabağ" üçün finala bərabər oyundu. Qrupdan çıxmaq şansı var, ona görə də bunu əldən vermək olmaz. "Qarabağ"ın hansı taktikaya üstünlük verməsinə gəlincə bu oyundan asılı olacaq. Rəqib nə qədər imkan verəcəksə oynayacaqlar. Məsələn ÇL-də "Qarabağ" səfərdə qələbə qazanmışdı, amma gəlib evdə uduzdular. Mənə elə gəlir komnada səfərdə daha yaxşı oynayır, nəinki evdə. Səfərdə daha yaxşı oynaya bilərlər".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR