Bu “Zenit”i dayandıran tapılmır

Bu “Zenit”i dayandıran tapılmır

Rusiya Superkubokunun qalibi müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, Moskvadakı "VOB Arena”da baş tutan matçda çempion və kubokun qalibi olan "Zenit” Premyer Liqanın gümüş mükafatçısı "Lokomotiv”i sınağa çəkib.

Sankt-Peterburq təmsilçisi bu görüşdə də qalib gəlib – 2:1. Bununla da "Zenit” üçdə üzə imza atmağı bacarıb.

8-ci dəfə Superkubokda oynayan sankt-peterburqlular 2008, 2011, 2015 və 2016-cı illərdə olduğu kimi mükafata yiyələnərək yarışın 5 qat qalibi olub. "Lokomotiv” isə 8-ci cəhdində 5-ci məğlubiyyətini alıb.
 
Rusiya Superkuboku

7 avqust

"Zenit” – "Lokomotiv” – 2:1

Dzyuba, 14, Ozdoyev, 69 – Çorluka, 77

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR