Budağın böyük səhvi - VİDEO

Budağın böyük səhvi - VİDEO
Həmyerlimiz Budaq Nəsirovun çıxış etdiyi "Sportinq"in B komandası növbəti məğlubiyyətlə üzləşib.

Sport7.az xəbər verir ki, Budaq "Sportinq"in 1:2 hesabıyla "Akademika"ya uduzduğu oyunda gülünc səhvlə həm özünü, həm də komandasını pis vəziyyətdə qoyub.

58-ci dəqiqədə cərimə meydançasına doğru havalandırılan topa meydanın kənarından müdaxilə edən Nəsirovun bu hərəkətini hakim penalti kimi qiymətləndirib. Həmin anlarda Budaq qapı arxasında isinmə hərəkətlərini yerini yetirirmiş. Bu səhvi sayəsində Budaq komandasının qapısına penalti təyin olunmasına səbəbkar olub, özünə isə sarı vərəqə qazandırıb.

Qeyd edək ki, həmin vaxt "Sportinq" 1:0 hesabı ilə öndə olub.
 


Xəbər lenti