Buffon ingilis nəhənginə transfer olur

Buffon ingilis nəhənginə transfer olur
Dünya futboluna öz damğasını vurmuş Canluici Buffon İngiltərə yolunda.
 
Sport7.az xəbər verir ki, təcrübəli futbolçunun yay transfer dönəmində ingilis klubu "Liverpul"a keçəcəyi iddia olunur. 
 
"Parma"da yetişən qapıçı 2001-ci ildə transfer olduğu "Yuventus"da 17 ildi ki forma geyir. O italyan təmsilçisinin heyətində 655 matça çıxıb. "Liverpulun baş məşqçisi Yurgen Kloppun da bu transferə isti baxdığı və qarşıdakı həftələrdə qərar verəcəyi gözlənilir. 
 
Buffon İtaliya yığmasının heyətində 176 oyunda "Çərçivə"ni qoruyub.
 
Sport7.az

Xəbər lenti