Buffon "Yuventus" azarkeşləri ilə vidalaşdı - FOTOLAR

Buffon
"Yuventus"un təcrübəli qolkiperi Canluici Buffon komandası ilə çıxdığı son matçdan öncə tərəfdarlar ona sevgilərini göstərib.
 
Sport7.az xəbər verir ki, Buffon bir müddət öncə mövsümün sonunda "Yuventus"dan ayrılacağını söyləmişdi. Bu üzdə "Verona" ilə matçda Turin nəhənginin qapısını son dəfə qoruyan qapıçıya azarkeşlər xüsusi dəstək verərək sevgilərini göstəriblər. Oyundan əvvəl onun avtomobilinin qarşısını kəsən fanatlar əməkdar əlcək sahibi ilə bol-bol şəkil çəkdirib. 
 
Oyunöncəsi isinmə hərəkətlərini yerinə yetirən zaman əlcək sahibini tribunaya tərəf çağıran azarkeşlər əfsanə ilə qucaqlaşarkə ortaya duğusal anlar çıxdı. Digər tərəfdən Buffon üçün "Ölümsüz qəhrəman" pankartı açılıb.
 





























 
 
Sport7.az

Xəbər lenti