"Bugünlərdə yəqin ki, İlkinlə müqavilə imzalanacaq" - Şabanoğlu

Qış hazırlıqlarını davam etdirən "Neftçi" "pəncərə" açılan kimi bir sıra futbolçularla vidalaşdı.
 
Əvəzində isə hələ ki, Təyyar Məmmədov və qapıçı Aqil Məmmədovla güclənib. "Keşlə"dən transfer olacağı deyilən İlkin Qırtımovun məsələsi isə hələ düyündədi. 
 
Klubdakı son yeniliklərlə bağlı mətbuat katibi Anar Şabanoğlu ilə danışdıq. "Neftçi"nin sözçüsü Sport7.az-a bunları söylədi.
 
"Bugünlərdə yəqin ki, İlkinlə müqavilə imzalanacaq. Artıq razılıq əldə olunub. Gecikmənin səbəbi bu idi ki, İlkinin "Keşlə" ilə müqaviləsi ayın 1-də bitib. 
 
Kiril Petrovun "Girəsunspor" məsələsinə gəlincə, futbolçunun mövsümün sonuna qədər bizimlə müqaviləsi var. Hələ heç nə yoxdu ortada. Komanda istirahətdədi. Sabahdan yığışacaq. Nəsə söhbət olsa, sabah bilinəcək. Hələ, türk klubundan da rəsmi təklif gəlməyib. 
 
Sabah komanda toplaşacaq. Məşqçinin göndərmək istədiyi Seqoviya, Mujik və digər futbolçular da gələcək. Yəqin ki, məsələlərə sabah və ya birisigün aydınlıq gələcək. Komanda tibbi müayinədən də keçəcək. Ayın 17-si Türkiyəyə gedəcəyik".
 
Sport7.az

Xəbər lenti