Bukmekerlərin böyük fırıldağı – Görün böhranda hansı yola əl atdılar

Bukmekerlərin böyük fırıldağı – Görün böhranda hansı yola əl atdılar

Koronavirus böhranı nəticəsində Avropada demək olar ki, heç bir ölkədə rəsmi futbol oyunları keçirilmir.

Sport7.az xəbər verir ki, Rusiya və Ukraynada bəzi dələduzlar insanarın avamlığından sui-istifadə edərək yalançı matçlarla külli-miqdarda pul qoparmağı bacarırlar.

Bununla bağlı Almaniyanın "Die Welt” qəzetinə maraqlı məqalə çıxıb.

"Rusiya və Ukraynada planlaşdırılan futbol oyunları ilə bağlı fırıldaq faktlar bizim diqqətmizi cəlb edib. Düzünü desəm, mən hələ belə dələduzluq görməmişəm”, - deyə Ukraynanın futbol assosiasiyasının Əxlaq və düzgün oyun üzrə komitəsinin rəhbəri Françesko Branka qəzetə danışıb.
Məlum olub ki, onlayn platformalarda göstərilən bir çox matç ya ümumiyyətlə keçirilməyib, ya da oyun əvvəldən bilinən və lazım olan nəticə ilə sonlandırılıb.

Məsələn internetdə bəzi bukmeker kontorlarında, Ukraynada 23-26 martda ikinci dərəcəli komandaların iştirakı ilə baş tutan oyunlar üzərinə bəhslər qurulub. Bunlardan biri də "FK Berdyans” və "FK Tavriya” adlı komandaları arasında keçirilən futbol yarışıdır. Birinci hissəsi heç-heçə bitən bu oyunun ikinci hissəsi 1-5 hesabı ilə başa çatıb. F.Barankanın sözlərinə görə, onları şübhələndirən bəzi insanların məhz bu hesaba pul qoyması olub.

Bununla əlaqədar Ukrayna futbol assosiasiyası adı çəkilən klub rəhbərləri ilə əlaqə saxlayıb. "Prezidentlər and-aman edirlər ki, belə bir oyun ümumiyyətlə baş tutmayıb”, - deyə F.Baranka bildirir. Yəni əslində ortada internet vasitəsilə oynanılan bir fırıldaq var.

UEFA "Die Welt”in bunula bağlı sorğusuna cavab verməkdən boyun qaçırıb. Bukmeker şirkətlərinin monitorinqini həyata keçirən "Sportradar” və "Genius Sports” firmaları isə yazılı sorğuları cavabsız buraxıb.

"Matçlarla, daha doğrusu xəyali oyunlarla bağlı yalan bu cür gerçəkləşdirilir: oncə fırıldaqçılar bukmeker şirkətlərində real mövcud olan, lakin əsasən  aşağı diviziyalarda oynayan komandalar arasındakı oyunları qeydiyyatdan keçirirlər. Əgər bukmeker kontoru bunu onlayn-formata götürsə oyunu izləmək üçün skaut göndərir. Bu cür oyunlar isə ya ümumiyyətlə baş tutmur, ya da burada əvvəlcədən öyrədilmiş aktyorlar iştirak edirlər. Skaut ya belə hallarda aldadılır, ya da pulla ələ alınır”, - deyə qəzetdə yazılıb.

"Oyun bəhsləri artıq milyardlıq biznesə çevrilib. "Avropol”un (Avropa polis təşkilatı-red.) məlumatına əsasən 2018-ci ildə onların ticari dövriyyəsi 1,6 trilyon dolları ötüb. İdman yarışlarındakı fırıldaqlar isə mafioz qruplar və sindikatlar üçün ciddi gəlir mənbəyinə çevrilib. 2019-cu ildə  "Welt am Sonntag” və "ZDF” kanalları tərəfindən aparılan təhqiqat təkcə tennisdə 150 idmançının bu fırıldağa şərik olduğunu ortaya çıxarıb. Həmin iş üzrə proses indi də davam etdirilir”, - deyə məqalədə qeyd olunub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR