Bundesliqa klubu müflis oldu

Bundesliqa klubu müflis oldu

Avstriya klubu "Mattersburq” Bundesliqada çıxışını dayandırır.

Sport7.az xəbər verir ki, klub rəhbərliyi müflis olması barədə müraciət hazırlayıb və yüksək dəstədə oynamaq lisenziyasından könüllü imtina edəcək.

Buna klubun əsas sponsoru "Commerzialbank Mattersburg im Burgenland AG”ın fəaliyyətini dayandırması səbəb olub. Nəticədə ödəniş edə bilməyən klub çıxılmaz vəziyyətə düşüb.

Bankın İdarə Heyətinin sədri və uzun illər klubun prezidenti olan Martin Puxer maliyyə fırıldaqlarında ittiham olunduğu üçün istintaqa cəlb edilib. Klub rəhbərliyi təklif irəli sürüb ki, yeni komanda yaradıb uşaq gənclər futbol məktəbini qorusun. Əsas heyət üzvləri isə klubdan ayrılacaq.
 
1922-ci ildə yaradılan "Mattersburq” 2003/04 mövsümündə Bundesliqada debütünü gerçəkləşdirib. Komandanın ən yaxşı nəticəsi 2006/07 mövsümünün bürünc medallarıdır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR