Bundesliqa klubunda iki futbolçu koronavirusa yoluxdu

Bundesliqa klubunda iki futbolçu koronavirusa yoluxdu

Almaniya Bundesliqası təmsilçisi "Köln”ün iki futbolçusu koronavirusa yoluxub.

Sport7.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb. Məlumata görə koronavirus testləri əsas komandanın iki üzvündə müsbət nəticə verib. Bundesliqa təmsilçisinin adları açıqlanmayan hər iki oyunçusu karantinə göndərilib.

Ehtiyat tədbiri olaraq klubun U-16-dan U-19-a qədər olan bütün komandalarının məşqləri dayandırılıb. Çünki akademiyanın oyunçularından biri yoluxan futbolçularla təmasda olub.

Bundesliqada yeni mövsüm sentyabrın 18-19-da başlayacaq. "Köln” ilk turda "Hoffenhaym”la qarşılaşmalıdır.
 
Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR