"Herta"nın yeni baş məşqçisi müəyyənləşib.
Sport7.az xəbər verir ki, komandanın "sükan"ı arxasına Pal Dardai keçib. Macarıstanlı mütəxəssislə 2022-ci ilin iyununa qədər müqavilə imzalanıb. O, bu vəzifədə istefaya göndərilən Bruno Labbadianı əvəzləyib. 44 yaşlı mütəxəssis 2015-2019-cu illərdə də "Herta"nı çalışdırıb.
Berlin klubu Bundesliqada 18 turdan sonra 17 xalla 14-cü pillədə qərarlaşıb.
Sport7.az