Bundesliqa təmsilçisi baş məşqçisi ilə yolları ayırdı

Bundesliqa təmsilçisi baş məşqçisi ilə yolları ayırdı

"Maynts" baş məşqçisi Axim Bayerlortserlə yollarını ayırıb. 

Sport7.az xəbər verir ki, bu haqda Bundesliqa təmsilçisinin rəsmi saytında məlumat yer alıb. 53 yaşlı mütəxəssisin vəzifəsindən kənarlaşdırılması barədə qərar çıxarılıb. Mövsümün sonuna qədər komandaya Bayerlortserin köməkçisi Yan-Morits Lixte rəhbərlik edəcək. 

"Maynts" ilk turda "Leyptsiq”ə 1:3, növbəti oyunda isə "Ştutqart"a 1:4 hesabı ilə uduzub. Daha əvvəl digər Bundesliqa təmsilçisi "Şalke" baş məşqçisi David Vaqneri istefaya göndərib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR