Bundesliqa yenidən təxirə salındı

Bundesliqa yenidən təxirə salındı

Koronavirus pandemiyasına görə dayandırılan Almaniya Bundesliqası aprelin 2-də bərpa olunmayacaq.

Sport7.az xəbər verir ki, bu barədə liqanın icraçı-direktoru Kristian Zayfert yerli mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, çempionat aprelin 30-dək təxirə salınıb. Klublara aprelin 5-nə kimi məşq etməyə icazə verilməyəcəyini deyən Bundesliqa rəsmisi cari mövsümün ləğv olunma variantını da istisna etməyib.
 
Bundesliqa martın 13-də dayandırılmış, oyunlar aprelin 2-dək təxirə salınmışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR