"Bunu ilk dəqiqələrdən hiss etdim" - Tərlan Əhmədov

"Neftçi” PFK-nın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasında 15-ci turun "Kəpəz”lə oyunsonrası mətbuat konfransında fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib.

"İlk oyun həmişə həyəcanlı olur. Bunu ilk dəqiqələrdən hiss elədim. Ümumilikdə komandanın oyunundan razı qaldım. Çalışdıq rəqibə meydanın özünə aid hissəsində təzyiq göstərək. Bu da bizdə alındı. Komandanın qarşısına qələbə qazanmaq məqsədi qoyulmuşdu ki, buna da nail olduq. Əvvəlki matçlarda buraxılan səhvlər, bu oyunda yox idi ki, bu da məni sevindirir. Futbolçuları təbrik edirəm”.

Xəbər lenti