"Bunun günahı bizdə deyil" - Yunis Hüseynov

11 Fevral 2018, 21:27
11 Fevral
2018
21:27
192
"Bu gün yeni "Kəpəz” gördük. Komandada bir çox dəyişiklik olub. Buna baxmayaraq, futbolçuların oyunundan razı qaldım”.
Sport7.az xəbər verir ki, bu sözləri "Kəpəz”in baş məşqçisi Yunis Hüseynov deyib.
Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə "Neftçi” ilə qarşılaşan Gəncə təmsilçisi oyundan minimalhesablı məğlubiyyətlə ayrılıb.
Matçdan sonra təşkil olunan mətbuat konfransında sualları cavablandıran Hüseynov oyunla bağlı fikirlərini bölüşüb: "Düzdü, rəqib mərkəzi ələ keçirmişdi. Lakin buna özümüz şərait yaratmışdıq. "Neftçi” qapımızda yüzfaizli qol vəziyyəti yarada bilmirdi. 20-ci dəqiqədə qol buraxsaydıq, təəssüflənməzdim. Lakin son dəqiqədə buraxılan qol təsir edir. Məncə, bu gün oyunun ədalətli nəticəsi heç-heçə idi. Fikrimcə, daha bir-iki turdan sonra komanda tam komplektləşəcək”.
- Dario Frederiko bu gün oyunun iştirak nəticəsinə salınmamışdı...
- Bunun günahı bizdə deyil. O, sonuncu dəfə Koreya klubunda çıxış edib. Qeydiyyatı ilə bağlı icazəni gec verdilər. Bu gün meydanda olsaydı, oyun fərqli ola bilərdi.
- Sanki Dieqo Souzanın artıq çəkisi var...
- Onun artıq çəkisi yoxdu. Biz hər gün futbolçuların çəkisini ölçürük. Hansı futbolçunun artıq çəkisi varsa, ona cəza veririk. Dieqonun bədən quruluşu belədi. "Xəzər Lənkəran”da oynayanda da bu cür çəkisi var idi.
- Bu gün komandanı meydana qələbə üçün çıxarmışdız?
- Əlbəttə, sadəcə, komanda hələ yenidi. Buna görə, tam istədiyim oyunu sərgiləyə bilmir. Belə deyim, komanda 70 faiz hazırdı.
- Vinçesteri erkən əvəzləməyinizə səbəb nə idi?
- Vinçester komandaya yeni qoşulub. Onu meydana buraxmaqla, təcrübəsindən yararlanmaq istədim. Ancaq hələ komandaya tam uyğunlaşmayıb.
- Artıq yeni komanda formalaşdırmısız...
- Yeni komandanın oyunu mənim xoşuma gəldi. Fikrimcə, vaxt keçdikcə daha yaxşı olacaq.
- Antalyada komandanın oyununu Darionun üzərində qurmuşduz. Bu, çempionatda da belə olacaq?
- Antalyada keçirdiyimiz oyunların heç də hamısında oyunu Darionun üzərində qurmamışdıq. Fikrimcə, bu gün meydana çıxsaydı, nəticə başqa cür olardı.
- Komandadan razı qaldığınızı dediz, bəs narazı qaldığınız məqamlar nələrdi?
- Bircə narazı qaldığım məqam, qol buraxmağımız oldu. Həmin epizodda da uşaqlar dedilər ki, ofsayd olduğunu zənn ediblər. Ancaq belə epizodlarda əli havaya qaldırmaq yox, oynamaq lazımdı.
- Reqlamentə görə, çempionatda 8-ci yeri tutan komanda aşağı liqaya düşməlidi. Ancaq ola bilsin, növbəti mövsümdən Premyer Liqada komanda sayı çoxaldılsın və 8-ci yeri tutan komanda yüksək liqada qalsın...
- Bu barədə siz daha yaxşı bilərsiz (gülür). Mənim heç bir məlumatım yoxdu. Sadəcə, çalışacam ki, komanda ən azı çempionatı axırdan ikinci pillədə başa vursun və yüksək liqada yerini qoruyub saxlasın. (apasport)
Digər xəbərlər
-
GÜNDƏM, Ölkə Futbolu, Müsahibə, Manşet
Qurban Qurbanov: "Hələ xal itirən çox olacaq"
-
GÜNDƏM, Ölkə Futbolu, Müsahibə, Manşet
Sənan Qurbanov: "Hakimin bu qədər az vaxt əlavə edəcəyini gözləmirdik"
-
Ölkə Futbolu, Müsahibə, Manşet
Aftandil Hacıyev: "Söyüşə qətiyyən yol vermək olmaz"
-
Ölkə Futbolu, Müsahibə, Manşet
Elşad Əhmədov: "Rəqib boşluq tapdı və bundan yararlandı"
-
GÜNDƏM, Ölkə Futbolu, Müsahibə, Manşet
"Keşlə"nin müdafiəçisi: "Yuri Maksimovun dönəmindəki heyət daha güclü idi"
-
GÜNDƏM, Ölkə Futbolu, Müsahibə, Manşet
MK üzvləri nə üçün paltardəyişmə otağına girmişdi?: "Burda heç bir qlobal məsələ yoxdu"
-
Ölkə Futbolu, Müsahibə, Manşet
Ayxan Abbasov: "Keşlə"yə qalib gəlsək..."
-
Ölkə Futbolu, Müsahibə, Manşet
Vaqif Sadıqov: "Yurçeviç istəsə, təklif edəcəyik"
Xəbər lenti
-
22:30"Qəbələ"nin idmançılarından 2 medal
-
22:09"Qarabağ"dan vacib qələbə - VİDEO
-
21:13Zabit Səmədov: "Çeçenlər bizim qardaşlarımızdı"
-
20:1140-cı heç-heçə
-
19:51Qurban Qurbanov: "Hələ xal itirən çox olacaq"
-
19:40Sənan Qurbanov: "Hakimin bu qədər az vaxt əlavə edəcəyini gözləmirdik"
-
19:34Aftandil Hacıyev: "Söyüşə qətiyyən yol vermək olmaz"
-
19:29"Qarabağ"la "Səbail"dən qələbə - YENİLƏNİB
-
19:02"Səbail" bu qolla qələbə qazandı - VİDEO
-
18:50Elşad Əhmədov: "Rəqib boşluq tapdı və bundan yararlandı"
-
17:15Rafael Ağayev yenə Bakıya əliboş qayıtmır
-
17:00Taekvondoçulardan 6 medal
-
16:53Təcrübə > İstedad - Valverdenin "Barselona"sına baxış
-
16:18Cüdoçumuz Romada qızıl "oğurladı"
-
16:01Badri Kvaratsxeliyanın oğlu rus klubunda
-
14:03Premyer Liqada oynamış futbolçu həvəskar komandada
-
13:42Atletimizdən gümüş medal
-
13:2525-ci ölkə təmsilçisi
-
12:45"Real" İkardinin həyat yoldaşına görə transferdən imtina edib
-
12:4110 qol vurdular, qalib müəyyənləşmədi (VİDEO)
-
12:20Çempion ömrün 54-cü ili
-
12:13"Barselona"dan çətin qələbə - VİDEO
-
12:02"Qatar"ın ən güclüsü Halep yox, Mertens oldu
-
11:48NBA All-Star-da günün qalibləri: Teytum, Herris və Diallo (VİDEO)
-
10:58İdmançımızdan qızıl medal
-
21:24“Neftçi” Zirədə büdrədi - VİDEO
-
20:24"Niyə düşünürlər ki, “Neftçi”yə xüsusi hazırlaşırıq” – Samir Abasov
-
20:03Roberto Bordin: "Hamı günahı müdafiəçilərdə görür"
-
19:46"Keşlə"dən əzmkar qələbə - VİDEO
-
19:27“Neftçi” xal itirdi, "Keşlə"dən qələbə - YENİLƏNİB
-
18:07Ayxan Abbasov özündən çıxdı: "Rəhbərliklə görüşəcəm..."
-
18:05"Bu, elə təzyiq idi ki, ..." - "Keşlə"nin baş məşqçisi
-
17:41"Artıq gözümdən yaş gəlmir" - Milyonda bir rast gəlinən xəstəliklə mübarizə aparan "Liverpul"lu futbolçu
-
16:32Karateçilərimizin mübarizəsi davam edir
-
15:59“Qarabağ”da "qış endirimi"
-
15:35İkardinin həyat yoldaşının avtomobilinə daşla hücum edilib
-
15:22"Sumqayıt"dan daha bir transfer
-
14:52Arvadını döydüyü üçün həbs olunan idmançı: “Hər şey superdi...”
-
14:35AFFA-da biabırçılıq: hakimlərin pulu kəsilir, qonorarlarından "şapka" tutulur
-
14:14David Luiz: "Hamımız Sarrinin fəlsəfəsinə inanırıq"
-
13:54Paytaxt klubunda nigeriyalı hücumçu
-
13:31"DÇ-2022-də komanda sayının 48-ə çatdırılması asan olmayacaq" - FIFA prezidenti
-
13:02Valverde: "Barselona" heç nədən qorxmur"
-
12:43İdmançımız Dünya Kubokunun finalında
-
12:19Simona Halep finalda, Kerber Mertenslə bacarmadı
-
11:55Yaşıl meydanlardan skamyaya doğru - Pep Quardiolanın məşqçilik karyerası necə başlamışdı?
-
11:22Bundesliqa: Yanvar ayının ən yaxşı oyunçusunun adı açıqlandı
-
11:14Günün oyunları bu kanallarda - AFİŞA
-
10:59"Qarabağ" "Qəbələ" ilə oyuna itkiylə hazırlaşır - FOTOLAR
-
10:44"Neftçi"nin oyunu canlı yayımlanacaq
16 Fevral 2019