"Bunun nəticəsini sabah görəcəyik" - "Panatinaikos"un baş məşqçisi

Sabah baş tutacaq "Qəbələ" - "Panatinaikos" matçıöncəsi rəqib komandanın baş məşqçisi Marinos Ozinidisin mətbuat konfransı keçirilib.
 
Sport7.az xəbər verir ki, yunan mütəxəssis bunları söyləyib.
 
"Birinci oyunda qələbə qazandıq və nəzarət bizim əlimizdə oldu. Futbolda hər şey mümkündü. "Qəbələ” güclü komandadı. Sabahkı matça 0:0-dan başlayacağıq və mərhələ adlamağa çalışacağıq”.
 
- İlk oyunda uğurlu nəticə əldə etdiz. Sabahkı matçda eyni oyunu göstərə biləcəksiz?
 
- Avrokuboklarda səfər oyunları hər zaman çətin olur. Bir həftə hazırlıq keçmişik. Bunun nəticəsini sabah görəcəyik.
 
- Yunanıstanda 4-5-1 sxemində çıxış etdiz və bu, uğurlu alındı. Sistemdə dəyişiklik nəzərdə tutmusuz?
 
- Xeyr, heç bir dəyişiklik olmayacaq. Komanda bu sistemdə normal çıxış edir. Amma oyunun gedişində hansısa dəyişikliklər mümkündü. Bu sistemi sadəcə, təkmilləşdirməyə çalışırıq.
 
- Lusiano və Kabezas zədəli idi. Sabah onları meydanda görə bilərik?
 
- Hələ 100 faiz hazır deyillər. Oynaya bilərlər, amma bu, oyunun gedişindən asılı olacaq. Avrokubok matçlarında risk etmək düzgün deyil. Onlardan hansının oynayacağına sabah qərar verəcəyik. Hələ ki, oynamayacaqlarını düşünün.
 
- Dəfələrlə bura gələn baş məşqçilərin sonuncu oyunu olub. Sizin üçün də belə ola bilər?

- Hər şey ola bilər.

- Şansları necə dəyərləndirirsiz?

- İlk oyundakı nəticəyə görə üstünlük bizim tərəfimizdədi.
 
 Sport7.az

Xəbər lenti