"Burda qalmaq və klubla bir çox adlar qazanmaq istərdim" - Kavani

PSJ-nin hücumçusu Edinson Kavani Paris klubunda uzun müddət qalmaq istədiyini və Neymarla yaxşı münasibətləri olduğunu bildirib.
 
Sport7.az xəbər verir ki, Neymar PSJ-yə keçəndən sonra hər iki futbolçu arasında cərimə zərbələri və daha sonra penalti vuruşları ilə bağlı fikir ayrılığı yarandı. Sonradan baş məşqçi Unay Emeri bu cür cərimə zərbələrini növbə ilə vurmağı təklif etdi. Fransız mətbuatı isə qarşıdurmalardan sonra Kavaninin düşərgədən ayrılmaq istədiyi ilə bağlı məlumat yayıb. Amm hər iki futbolçu deyilənləri təkzib edib. 
 
Məsələ ilə bağlı "Teleqraf"a açıqlamasında Kavani "Neymarla yaxşı münasibərlərimiz var. Biz peşəkarıq və məqsədimiz klubun irəli getməsinə yardım etməkdi. Komandada hər kəs Neymarın PSJ-yə keçidini eşidəndə xoşbəxt olmuşdu, çünki o əla futbolçudu. Məsələ ondadı ki, bəziləri ictimaiyyətə yalan məlumat verir.
 
PSG-ni sevirəm və uzun müddət klubda qalmaq istəyirəm. Futbolda, gələcəkdə nə olacağını heç vaxt bilməzsiz. Ancaq mən burda qalmaq və klubla bir çox adlar qazanmaq istərdim. Dünyanın ən yaxşı komandalarından birinə sahibik. PSJ üçün Çempionlar Liqasını qazanmaq çətin olacaq, lakin biz bunu istəyirik və üzərimizdə işləyirik".
 
Sport7.az

Xəbər lenti