Buşard və Radvanska ¼ finalda

Buşard və Radvanska ¼ finalda

Kanadalı Ejeni Buşard və polşalı Aqneşka Radvanska Çinin Şenjen şəhərində keçirilən turnirin ¼ final mərhələsinə yüksəliblər.

Sport7.az xəbər verir ki, əvvəlcə Buşard buna nail olub. Buşard ötən il Avstraliya Çempionatının ¼ finalından sonra ilk dəfə hər hansı bir turnirdə bu qədər uzaq gedə bilib. "Shenzhen Open” turnirinin 6-cı raketkası qismində Ejeni Buşard ikinci raundda amerikalı Nikol Gibbsi məğlub edib. Ejeni iki setdə, 6-4 6-2 hesabı ilə matçı öz xeyrinə yekunlaşdırmağı bacarıb. O, ¼ final mərhələsində Timi Babos (Macarıstan) ilə üzləşəcək.

Turnir lideri və dünya beşincisi olan Aqneşka isə ikinci raund mərhələsində Çin təmsilçisi Şuai Janqı məğlub edib. Aqneşka 1 saat 10 dəqiqənin sonunda matçı aktivinə 6-1 7-5 hesabı ilə yaza bilib. O, ¼ final mərhələsində yenə də Çin təmsilçisi ilə üzləşəcək. Bu səfər onun rəqibi Qianq Uanq olacaq.

Qeyd edək ki, turnir ikincisi Petra Kvitova (Çexiya) ilk raund mərhələsindən, mədə-bağırsaq xəstəliyi səbəbi ilə çıxışlarını dayandırıb.

Heydər Rzayev

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR