Buskets mədəsindəki problemə görə əvəzlənib

Buskets mədəsindəki problemə görə əvəzlənib

"Barselona"nın yarımmüdafiəçisi Serxio Buskets Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində "Slaviya" ilə oynanılan matçı (0:0) tamamlaya bilməyib.

Oyunun gedişində Busketsin mədəsində problem yaranıb. Özünü yaxşı hiss etməyən ispan futbolçu 68-ci dəqiqədə İvan Rakitiçlə əvəzlənib.

Buskets "Selta" ilə oyunu qaçıra bilər.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR