Böyük Dəbilqə: Rüstəm Orucov bürünc medal uğrunda görüşə çıxacaq

Böyük Dəbilqə: Rüstəm Orucov bürünc medal uğrunda görüşə çıxacaq

Azərbaycan cüdoçusu Rüstəm Orucov Özbəkistanın paytaxtı Daşkənddəki Böyük Dəbilqədə təsəlliverici görüşə çıxıb.

Sport7.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı bu raundda Özbəkistan təmsilçisi Murodjon Yuldoşevlə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Orucov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. O, üçüncü yer uğrunda qarşılaşmada Obidkhon Nomonovun (Özbəkistan) müqavimətini qırmağa çalışacaq.

Titullu cüdoçu 1/16 finalda Martin Hojaka (Sloveniya), ardınca isə Oleq Babqoyevə (Rusiya) qalib gəlib. Orucov 1/4 finalda Ermənistan təmsilçisi Ferdinand Karapetyana məğlub olub.

Bu gün mübarizəyə qoşulan Hidayət Heydərov və Telman Vəliyev (hər ikisi 81 kq) yarışla erkən vidalaşıb.

Qeyd edək ki, Böyük Dəbilqəyə martın 7-də yekun vurulacaq. Azərbaycan cüdoçuları ilk yarış gününü medalsız bitirib.
 
***10:31***

Azərbaycanın bu gün üç cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə” turnirində mübarizəyə qoşulub.

İkinci yarış günündə 73 kq çəki dərəcəsində çıxış edən Rüstəm Orucov bu il debütünü reallaşdırıb. İlin ilk iki yarışını müxtəlif səbəblərlə buraxan Olimpiya mükafatçımız 1/16 finalda Martin Xoyaka (Sloveniya) qalib gəlib.

81 kq-dakı Murad Fətiyev 1/32 finalda Nikolas Şiları (Fransa) mübarizədən kənarlaşdırıb. Onun növbəti rəqibi Vladimir Zoloyev (Qırğızıstan) olacaq. Hidayət Heydərov isə eyni mərhələdə Qilyerme Şimidtlə (Braziliya) qarşılaşıb və ilk görüşündə uduzaraq turnirlə vidalaşıb.

Qeyd edək ki, Böyük Dəbilqəyə martın 7-də yekun vurulacaq. Azərbaycan cüdoçuları ilk yarış gününü medalsız bitirib. Olimpiya lisenziya xalları verən yarışın ilk günündə Kəramət Hüseynov, Oruc Vəlizadə (hər ikisi -60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi -66 kq), Aişə Qurbanlı və Leyla Əliyeva (-48 kq) mübarizə aparıb.

Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR