“Böyük futbol” Respublika stadionuna qayıdır

“Böyük futbol” Respublika stadionuna qayıdır

Bu gün "Qarabağ” Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Sevilya”nı qəbul edəcək.

Sport7.az xəbər verir ki, İspaniya La Liqasının lideri ilə görüşün start fiti saat 20:55-də səslənəcək. Bu görüş ünlü referi Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunda keçiriləcək.

Qarşılaşmanı əlamətdar edən məqamlardan biri də odu ki, "Qarabağ” iki illik fasilədən sonra Respublika stadionunda avrokubokların qrup oyununa çıxacaq. İlk 3 mövsümdə rəqiblərini "Tofiq Bəhramov”da qəbul edən "Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə yüksələndən sonra Bakı Olimpiya Stadionuna köç etmişdi. "Köhlən atlar”ın ötən mövsümkü qrup oyunları da BOS-da keçirilmişdi.

Xatırladaq ki, "Qarabağ” qrup mərhələsi çərçivəsində Respublika stadionunda sonuncu oyununu 2016-cı ilin dekabr ayının 8-də İtaliyanın tanınmış "Fiorentina” klubuna qarşı keçirib. Həmin görüş 1:2 hesabıyla başa çatmışdı.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR