Böyükağa Hacıyevin səhhəti pisləşdi - Əməliyyat olundu

Böyükağa Hacıyevin səhhəti pisləşdi - Əməliyyat olundu
Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin səhhətində problem yaranıb.
 
Sport7.az xəbər verir ki, Hacıyev ürəyində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib.
 
59 yaşlı mütəxəssis infarkt keçirdiyi üçün təcili əməliyyata alınıb. Onun ürəyinə stend qoyulacaq.

Qeyd edək ki, Böyükağa Hacıyev "Bakı” və "Neftçi” klublarında çalışıb və hər iki komanda ilə ölkə çempionluğu qazanıb. O, həmçinin "Neftçi”ni Azərbaycanda ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəldib.
 
Sport7.az

Xəbər lenti