Canlı futbol ekranlara qayıdır – Həftəsonu möhtəşəm qarşılaşmalar

Canlı futbol ekranlara qayıdır – Həftəsonu möhtəşəm qarşılaşmalar

Koronavirus pandemiyası səbəbindən dayandırılan Almaniya Bundesliqası həftəsonu qaldığı yerdən davam edəcək.

Sport7.az xəbər verir ki, turun bütün oyunlarını Rusiyanın "Matç TV” kanalı canlı yayımla ekranlara daşıyacaq.

Bu qarşılaşmalardan üçünü "Matç TV”nin açıq yayımla, digərləri isə ödənişli kanallardan azarkeşlərə təqdim edəcək. Həmin kanallardan əksəriyyəti Azərbaycanda yayımlanan kabel operatorlarında da var. Deməli, azərbaycanlı azarkeşlər həmin görüşləri canlı izləyə biləcəklər. Almaniya Bundesliqasını Azərbaycan ərazisində yayımlayan "İdman” TV hələlik öz proqramına canlı futbol oyunlarını daxil etməyib.

"Matç TV” mayın 16-da 26-cı turun "Şalke” – "Borussiya” Dortmund qarşılaşmasını Bakı vaxtıyla 17:30-dan etibarən canlı göstərəcək. Bu görüşün final fitindən yarım saat sonra isə Münhenqladbax "Borussiya”sının "Ayntraxt”la görüşünü eyni kanaldan izləmək mümkündü.

17 mayda Bakı vaxtıyla 20:00-dan etibarən "Union Berlin” – "Bavariya” qarşılaşması azarkeşlərə təqdim olunacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR