Canni De Byazi Bakıya kimlə gəlib? - Rəsmi cavab

Canni De Byazi Bakıya kimlə gəlib? - Rəsmi cavab

Xəbər verdiyimiz kimi, milli komandamızın baş məşqçisi Canni De Byazi dünəndən Bakıdadır. Artıq italyan mütəxəssis Masazırda keçirilən "Sabah” – "Qəbələ” yoxlama oyununu da izləyib.

Maraqlıdır, italiyadan çalışdırıcı ilə birlikdə daha kimlər Bakıya gəlib, De Byazini müşayət edən varmı?
 
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentin rəhbəri Firuz Abdulla Sport7.az-ın bu barədə sorğusunu belə cavablandırdı:

"Bəli, millimizin baş məşqçisi Canni De Byazi dünəndən Azərbaycana gəlib. Dünən "Sabah” – "Qəbələ” qarşılaşmasını da izlədi. Onu kimlərin müşayət etdiyinə gəlincə, onu deyə bilərəm ki, İtaliyadan köməkçiləri də baş məşqçiylə birlikdə Azərbaycana gəliblər.

Çox güman ki, bu gün AFFA-nın rəsmi saytı vasitəsiylə ətraflı məlumat veriləcək. Həmin məlumatda De Byazinin köməkçilərinin adı rəsmən açıqlanacaq”.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR