İranla bağlı qadağa ləğv olundu

İranla bağlı qadağa ləğv olundu

İdman Arbitraj Məhkəməsi (CAS) Beynəlxalq Cüdo Federasiyasının (IJF) İrana qarşı tətbiq etdiyi sanksiyanı ləğv edib.

Sport7.az xəbər verir ki, CAS IJF-nin İran cüdoçularına beynəlxalq yarış qadağası qoymaqla, səlahiyyətlərini aşdığı qənaətinə gəlib.

Mübahisələr 2018-ci ilin dünya çempionu Səid Mollayinin növbəti il İran millisini tərk etməsindən sonra başlayıb. Mollayi bildirib ki, 2019-cu il mundialında İsrail təmsilçisi ilə qarşılaşmaması üçün ondan bütün görüşlərində məğlubiyyəti istənilib. IJF isə 2019-cu ilin oktyabrında İranın beynəlxalq yarışlardan məhrum edilməsinə dair qərar çıxarıb. Ali cüdo qurumu İran hökumətini idmançılara, o cümlədən, İrana qaçan Mollayiyə təzyiq göstərməkdə ittiham edib.

Ötən il Beynəlxalq Olimpiya Komitəsi iranlı dünya çempionunun Monqolustan millisinə keçidini təsdiqləyib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR