"Mükafat olacaq. Min bərəkət!” - Cavid Hüseynov

Yığmamızın yarımmüdafiəçisi Cavid Hüseynov AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Xorvatiya yığmasına qarşı keçirdikləri oyunu şərh edib. 
 
Sport7.az xəbər verir ki, "Zirə”nin futbolçusu 1:1 hesabıyla başa çatan oyundan sonra jurnalistlərlə söhbətdə öncə bunları söyləyib: "Komandada inam var idi. Bunu hiss edirdik. Sadəcə, rəqibimiz Xorvatiya idi. Onlar şansları hər zaman dəyərləndirə bilirlər və hücumlarının ardı-arası kəsilmirdi. Amma buna bir az dözmək lazım idi. Onlar da səfər oyunundan gəlmişdi. Yorğun olduqlarını biruzə verirdilər. İkinci hissədə isə bizim şanslarımız oldu. Hətta qalib gələ bilərdik”. 
 
Hüseynov inam hisslərinin olduğunu deyib: "Bizdə inam hissi var idi. İnam hissi ola-ola böyük hesabla məğlub olmaq da var. İnam hissi mövcuddu, hələ ki, yaşayırıq".
 
Yarımmüdafiəçi seçmə mərhələdəki digər görüşlərdə də xal qazanmaq üçün çalışacaqlarını söyləyib: "Bu barədə indidən nəsə demək çətindir. Doğma meydanda Uelslə matçımız var. Düşünürəm ki, evdə bu komandaya qalib gəlmək olar. 
 
Futbolçu "heç-heçə müqabilində mükafat alacaqsınızmı" sualına belə cavab verib: "Mükafat olacaq. Min bərəkət!” (gülür) (matc.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR