Cavid seçiminin səbəbini açıqladı

Cavid seçiminin səbəbini açıqladı

"Sabah" bu yaxınlarda daha bir futbolçu ilə yolları ayırmağı planlaşdırır.
 
Sport7.az xəbər verir ki, paytaxt klubu Cavid İmamverdiyevlə vidalaşcaq. Bu haqda futbolçu özü apasport.az-a açıqlamasında məlumat verib. Futbolçu yeni klubunun adını da açıqlayıb. Belə ki, Cavid digər paytaxt klubu "Keşlə" ilə müqavilə bağlayacaq. 
 
"Sabah"da baş məşqçi Jelko Sopiçin oyun sisteminə uyğun gəlmədiyini bildirən yarımmüdafiəçi, seçiminin səbəbini "Keşlə"nin Avroliqada oynayacağı ilə əlaqələndirib. 
 
İmamverdiyev 2018-ci ildən "Sabah"ın formasını geyir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR