Cazibədar xanım "Qarabağ"ın formasıyla da şəkil çəkdirəcək - FOTOLAR

Cazibədar xanım
Azərbaycanlı məşhur model Kamilla Babayeva: "Yuventus" üçün etdiyim fotosessiyadan sonra "Qarabağ"dan mənə təklif gəldi. 

Sport7.az xəbər verir ki, bu barədə xanım "Futbol+" qəzetinə açıqlamasında deyib:

"Onlar kluba dəstək üçün komandanın formasında fotosessiya istəyirlər. Mən də böyük məmnuniyyətlə bu təklifi qəbul etdim. Azərbaycan komandasına dəstək olmaq mənim üçün xoşdur, həm də bir borcdur. Hardasa bir ay sonra çəkilişlərimiz olacaq. İstəyirəm ki, "Qarabağ"ın da azarkeş sayı durmadan artsın. Hər kəs gəlib bu komandanın oyunlarını izləməlidir. Yalnız xarici klublara azarkeşlik etməli deyilik ki".
 


Xəbər lenti