"CBC Sport" "Kəpəz" - "Keşlə" matçını yayımlayacaqmı?

Məlum olduğu kimi Gəncə şəhər stadionunun qazonu yanıb. Hazırda saralmış durumda olan qazonda "Kəpəz" "Keşlə"ni qəbul edəcək. 

Ancaq deyilənə görə, bir müddət əvvəl yenilənmiş qazon bu hala düşdüyü üçün "CBC Sport" matçı canlı yayımlamayacaq. Məsələnin nə yerdə olduğunu telekanalın baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxladıq. Abbasov Sport7.az-a açıqlamasında bunları söylədi.

"Belə bir məlumat yoxdu. Oyun olacaqsa, canlı yayım da oacaq. Bizdən nə asılıdı? Oyun olmasa gedib boş sahəni yayımlayası deyilik ki. Amma bütün oyunları lentə almaq məqsədimiz var".
 
Sport7.az

Xəbər lenti