Cenk Rusiyada oynaya bilər

Cenk Rusiyada oynaya bilər

Türkiyə millisinin futbolçusu Cenk Tosun karyerasını Rusiyada davam etdirə bilər.

Sport7.az xəbər verir ki, bunu hücumçunun atası və agenti Şenol Tosun açıqlayıb.

O, İngiltərə "Everton”una məxsus forvard MOİK-ə keçməsi mümkünlüyünü bildirib: "Həqiqətən də klublar keçidlə bağlı danışıqlar aparır. Lakin hələ dəqiq bir şey yoxdur. Necə olacağını zaman göstərəcək”.

Tosunun Premyer Liqa təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. Onun transfer qiyməti 7 milyon avro ilə dəyərləndirilir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR