Cenk Tosun İngiltərədə gündəm oldu

Cenk Tosun İngiltərədə gündəm oldu
"Beşiktaş"dan "Everton"a transfer olunan Cenk Tosun nəhayət özünü göstərə bilib.

Sport7.az xəbər verir ki, ilk matçlarda sönük oyun nümayiş etdirən futbolçu "Börnli" və "Brayton" ilə oyunlarda parlaq çıxışı ilə adından bəhs etdirib.

"Everton"un baş məşqçisi Sem Ellardays matçdan sonra türk futbolçunu tərifləyib: "Yaxşı ki, biz Cenki aldıq".

Cenk tosun haqqında İngiltərə mətbuatı da xoş sözlər yazıb.

"Liverpool Echo" "Cenk Tosun niyə onun üçün 27 milyon ödənilməsini göstərdi", "The Sun" isə: "Cenk Tosun Goodison Parkda ilk qolunu vurdu, baş məşqçi təzyiqi azaltdı" başlıqları ilə Tosun haqda məqalə dərc edib. 
 
Sport7.az

Xəbər lenti