Cənubi koreyalı futbolçu Almaniya Bundesliqasında

Cənubi koreyalı futbolçu Almaniya Bundesliqasında

Avstriya təmsilçisi "Zaltsburq"dan ayrılan Hiçan Hvanqın yeni klubu müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, cənubi koreyalı futbolçu karyerasını Bundesliqada davam etdirəcək. Hvanq "Leypsiq"lə 5 illik müqviləyə imza atıb. 
 
2015-ci ildən Avstriya klubunun formasını geyinən hücumçu bu klubda meydana çıxdığı 86 oyunda 28 qola imza atıb. Hvanq 2015/2016 mövsümündə "Lieferinq", 2018/2019-cu illərdə isə "Hamburq"da icarə əsasında çıxış edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR