Cerard

Cerard "Liverpul"a gəlir

"Liverpul" Almaniya yığmasına baş məşqçi təyin olunacağı bildirilən Yurgen Kloppa əvəzləyici axtarır.

Sport7.az xəbər verir ki, almaniyalı mütəxəssisin yerinə Şotlandiya "Reyncers"indən Stiven Cerrard gətirilə bilər. Böyük ehtimalla, Klopp yığmanın təklifini qəbul edəcək və "Liverpul"dan ayrılacaq. "Qırmızılar" Premyer Liqada 25 turdan sonra 6-cı yerdə gedir.

Cerrard "Liverpul"da 1998 - 2015-ci illərdə forma geyinib. Onun 2018-ci ildən rəhbərlik etdiyi "Reyncers" bu mövsüm Avropa Liqasının 1/8 finalına yüksəlib və Şotlandiya çempionatında liderdir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR