Cerardın evinin üstünü döşəmişdi, futbolçu oldu - FOTOLAR

Cerardın evinin üstünü döşəmişdi, futbolçu oldu - FOTOLAR
Onların arasında təmizlik işlərinə baxan da var, NASA satjçı olmağı bacaran da...
 
Sport7.az peşəkar futbol həyatına addım atmadan öncə peşə sahibi olan bəzi futbolçuları təqdim edir.
 











 
Çarli Austin - Peşəkar olma tarixi: 2009. Austin "Ridinq"in aşağı yaş qruplarından ayrıldıqdan sonra yolunu tutduğu "Pul Taun"da forma geyərkən eyni zamanda da divar hörgüsü işinə baxırdı. O peşəkar futbola "Svindon Taun"da addım atdı və hazırda "Suthempton"da forma geyir. 

 
Kreyq Noon - Peşəkar olma tarixi: 2008. Peşəkar futbolçu olmadan öncə Noon Stiven Cerardın evinin üstünü döşəmişdi. İllər sonra tale onları "Kardif" ilə "Liverpul" arasında oynanılan matçda yaşıl meydanda yenidən qarşılaşdırdı. 2008-ci ildə "Plimut"da peşəkar futbola keçdikdən sonra "Kardif"in Premyer Liqaya yüksəlməsində önəmli rol oynadı.
 
 
Cimi Vardi - Peşəkar olma tarixi: 2010. Həvəskar liqada forma geyərkən Cimi Vardi digər tərəfdən də karbon fiber splint istehsal edən bir fabrikdə çalışırdı. "Lester"ə transfer olduqdan sonra həyatı dəyişdi. Ötən mövsüm komandasının yaşadığı möcüzəvi çempionluqda demək olar əsas rol oynamışdı.
 
 
Xulio Kruz - Peşəkar olma tarixi: 1993. Maraqlı hekayələrdən biridi... Argentina klublarından olan "Benfild"də bağban olan Kruz istedadı kəşf edildikdən sonra Avropada "Feyenord", "Bolonya", "İnter" və "Latsio" kimi komandaların formalarını geydi və 2 dəfə Argentina yığmasına çağrıldı.
 
 
Şaka Hislop - Peşəkar olma tarixi: 1992. "Vaşinqton"un Hovard Universitetindən dərəcə ilə məzun olan Hislop, futbol həyatına atılmadan öncə NASA-da staşçı olmuş və Karib dənizində tətbiq olunan bir layihədə yer almışdı. Peşəkar həyatına isə "Ridinq"də başladı. 2007-ci ildə futbolla vidalaşdı və hazırda ESPN-də çalışır.
 
 
Yan Dovye - Peşəkar olma tarixi: 1988. Dovye əvvəllər bir roket mühəndisi idi. 16 yaşında "Southempton" tərəfindən rədd edilincə Herdfordşir Universitetində mühəndislik oxumağa başlayan şimali irlandiyalı hücumçu qısa müddətdə "Britiş Aerospeys"də çalışdıqdan sonra futbolu seçdi. Məşqçili də edən Dovye hazırda "Sky Sports"da işləyir.
 
 
Kris Vadl - Peşəkar olma tarixi: 1980. "Nyukasl", Tottenhem", "Marsel" və "Şeffild Uednezdey"də oynamadan öncə Vadl bir sosika fabrikində mövsümlük işçi kimi çalışırdı. Hazırda şərhçilik və köşə yazmaqla məşğuldu.
 
 
Stüart Pyerse  - Peşəkar olma tarixi: 1978. İngilis futbolunun "Psix" ləqəbli unudulmaz fquru Pyerse "Veldston"da karyerasına başlamadan öncə montyorluq edirdi.
 
 
Miroslav Kloze -  Peşəkar olma tarixi: 1998. "Kayzerslautern"də peşəkar olmadan öncə Kloze bir dülgərin yanında şagird idi. İrəliləyən illərdə qazandığı uğurlarla Almaniyanın futbol tarixinə adını qızıl hərflərlə yazdırdı.
 
 
Peter Şmeyhel - Peşəkar olma tarixi: 1987. "Mançester Yunayted"in əfsanəvi qapıçısı Şmeyxel "Brondbü"yə transferindən sonra peşəkarlığa addım atmadan öncə təmizlik işlərinə baxrdı və tekstil işçisi olmuşdu. 
 
 
Riki Lambert - Peşəkar olma tarixi: 2001. 2001-ci ildə "Maklesfayld"la məşqlərə çıxarkən, Lambertin futboldan gəliri yox idi və bir çuğundur fabrikində çalışırdı. "Southempton" və "Liverpul" formaları geyən hücumçu 2013-cü ildə İngiltərə yığmasına çağrıldı. 34 yaşlı futbolçu hazırda "Kardif"də oynayır.
 
Sport7.az

Xəbər lenti