Cerrarda yeni təklif

Cerrarda yeni təklif

"Liverpul” Stiven Cerrard ilə müqaviləni uzatmaq üçün danışıqlara başlayıb. Baş məşqçi Brendan Rodcers kapıtan ilə daha uzun müddət bir yerdə işləmək istədiyini bildirib.

"Liverpul”un baş məşqçisi Rodcers komanda kapitanı Stiven Cerrard ilə müqaviləni yeniləmək mövzüsünda danışıqlara başladığını açıqladı. Rodcers müqaviləsi sezonun sonunda bitəcək 34 yaşlı təcrübəli futbolçu haqqında deyib: "16 ildir bu klubun formasını geyinən biri olaraq ən yüksək dərəcədə bu sayğını haqq edir. Premyer Liqanın gəlmiş-keçmiş ən yaxşı oyunçularından biridir. Açığını desəm, onunla işlədiyim hər dəqiqədən zövq aldım. Cerrardın müqaviləsini yeniləmə qərarını düşünməsi üçün onun qarşıda müəyyən qədər zamanı var. Ümid edirəm ki, bu birliyimiz növbəti sezonda da davam edər.” İngilis mediyası Rodcersin "Stok Siti” ilə oyunda start heyyətdə yer vermədiyi Cerrard ilə aralarında konflikt olduğunu irəli sürmüşdü. Ancaq "Liverpul”u baş məşqçisi şayələri təkzib edib və kapitan ilə aralarında heç bir problem olmadığını bildirib.

Qeyd edək ki, 8 yaşında daxil olduğu "Liverpul”un aşağı yaş komandalarında yetişən Stiven Cerrard 16 ildir ki, fasiləsiz olaraq "qırmızılar”ın formasını geyinir. Cerrard kariyerası ərzində Premyer Liqadan savayı, Çempionlar Liqası başda olmaqla 10 dəfə kubok sevinci yaşayıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR