Ceyhun Sultanov: "Futbolçuları rahat buraxmaq lazımdı"

Ceyhun Sultanov:
Veteran futbolçu Ceyhun Sultanov yığmamızın UEFA Millətlər Liqasındakı görüşləri ilə bağlı fikirlərini bildirib.

Ceyhun bəy Sport7.az-a açıqlamasında həm bu gün baş tutacaq Farer Adaları, həm də oktyabrın 14-də keçiriləcək Malta ilə matçlarla bağlı bunları söyləyib: "Açığı, indi elə vəziyyət yaranıb ki, az qalır ki, yığma özünəinamı itirsin. Çünki futbolçulara o qədər təzyiq var ki, çətindi. İndiki qruplar ötən illərdəki kimi olsaydı və orda Malta da yer alsaydı fikirləşmədən deyirəm ki, onları udacaqdıq. Amma indi durum elədi ki, futbolçulara böyük təzyiq var. Belə olan halda istər-istəməz özünəinamı itirirsən. Vəziyyətdən çıxsaq özünəinam qayıdar. Fakt biz bu rəqibləri məğlub edə biləcək gücdəyik. Sadəcə, təzyiqlər futbolçuları sıxır. Mənə elə gəlir futbolçuları rahat buraxmaq lazımdı. İndiki qrupda İtaliya Fransa kimi komandalar olsaydı belə təzyiqlər görməyəcəkdik və komanda meydana çıxıb rahat şəkildə oynayacaqdı. Bizimlə eyni gücdə, yaxud zəif komandalarla qarşılaşırıq. Onları udmalıyıq deyə, belə təziyiqlər var. Hər bir yığma eynilə bizim kimi düşünür. Bərabər gücdə olan komandalardı. Məsələn, aralarında ən yaxşısı Kosovodu. Digərlərini isə özümüzlə eyni gücdə görürük. Halbuki, yoldaşlıq görüşü keçirilsə, meydana çıxıb o komandalara 2-3 qol vura bilərik. Futbol oynayan onu yaxşı bilir ki, təzyiq altında meydana çıxmaq çətindi. İstədiyini edə, alındıra bilmirsən. Kosovonu məğlub etmək istəyirdik, heç-heçə oldu. Sonra gedib Maltada heç-heçə oynadıq. Bu da ikiqat təzyiq yaratdı ki, məğlub ola bilərik. İki qələbə qazansaq özünəinam qayıdacaq. Hətta Kosovonu gedib səfərdə də məğlub edə bilərik".

Sultanov qrupdann çıxmaq şanslarımız haqda da düşüncələrini söylədi: "Şans deyəndə, qarşıdakı oyunların mütləq hamısında qələbə qazanmalıyıq ki, qrupdan çıxaq. Məğlub olmamalısan, gözləməlisən ki, Kosovo xal itirsin. Son oyunda da bu yığmanı məğlub etməlisən. Ümumiyyətlə hər oyun qələbə qazanmağı düşünməlisən".

Ceyhun bəyin fikrincə, yığmanın heyəti ilə bağlı ən çox narahatedici məqamlar hansılardı?: "Heyətlə bağlı heç bir şey deyə bilmərəm. Çünki hər məşqçinin futbola öz baxışı var. Birinin futbolçudan xoşu gələ bilər, digərinin yox. Hamı bir-birinin seçiminə hörmətlə yanaşmalıdı. Düzdü oynamayan futbolçular var. Amma onlar, bu gün meydana çıxıb oyunu dəyişə biləək futbolçulardı. Bu gün baş məşqçinin də üzərində təzyiq var. Hər kəs istəyər ki, başqasının fikri ilə səhv etməsin. Kiminsə peşimançılığın çəkməsin. Hansısa addıma görə səhv edirəmsə və bu mənim fikrimdisə, özüm-özümü qınaya bilərəm. Məncə hamı Qurban Qurbanovu yaxşı tanıyır və onun seçiminə hörmətlə yanaşırlar".

Sport7.az

Xəbər lenti