Ceyms Meddison

Ceyms Meddison "Mançester Yunayted"ə keçmək istəyir

"Lester"in yarımmüdafiəçisi Ceyms Meddison karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

"Qırmızı şeytanlar"ın transfer siyahısında Meddisonun adı ön sıralarda gəlir. "Manchester Evening News"-un xəbərinə görə, 23 yaşlı futbolçu özü də "Yunayted"ə keçmək istəyir.

Meddisonun yayda iş yerini dəyişib-dəyişməyəcəyi indilik bəlli deyil. Onun yeni müqavilə ilə bağlı "Lester"lə danışıqlar apardığı bildirilir.

Qeyd edək ki, "Aston Villa"nın xavbeki Cek Qrilişin də adı MY ilə hallanır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR