Cihan Özkara "Simurq"la müqavilə imzaladı

Cihan Özkara
Milli komandamızın hücumçusu Cihan Özkara bu gün "Simurq"la müqavilə imzalayıb. 

Sport7.az xəbər verir ki, Türkiyə "Sivasspor"una məxsus futbolçuyla 6 aylıq icarə müqaviləsi imzalanıb.

Özkaranın növbəti mövsüm Zaqatala təmsilçisinin sıralarında qalıb-qalmayacağı bu ilin ilk yarısındakı çıxışından asılı olacaq. Cihan özünü yaxşı tərəfdən göstərə bilsə, "Simurq" onun hüquqlarının birdəfəlik alınması üçün Sivas təmsilçisinin rəhbərliyi ilə danışıqlar masası arxasına oturacaq.

Sport7.az

Xəbər lenti