Cokoviç 8-ci dəfə

Cokoviç 8-ci dəfə "Australian Open"in qalibi oldu

Tennisdə mövsümün ilk "Böyük dəbilqə" seriyalı turniri olan "Australian Open"ə yekun vurulub.

Son olaraq kişilərin mübarizəsində qalib müəyyənləşib. Finalda Novak Cokoviç və Dominik Tim qarşılaşıb. Oyunun gedişində məğlub durumda olmasına baxmayaraq, geridönüş etməyi bacaran serb tennisçi 3 saat 59 dəqiqə davam edən matçdan 3:2 hesabı ilə qalib ayrılıb. Cokoviç 8-ci dəfə "Australian Open"də çempionluq yaşayıb.

Australian Open (Böyük dəbilqə)

Melburn, Avstraliya

Kişilər

Final

Novak Cokoviç (Serbiya) - Dominik Tim (Avstriya) - 3:2 (6:4, 4:6, 2:6, 6:3, 6:4)

Qeyd edək ki, qələbə sayəsində Novak Cokoviç "Böyük dəbilqə" titullarının sayını 17-yə çatdırıb. O, Rafael Nadal (19) və Rocer Federerdən (20) geri qalır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR