Cokoviç Cimmi Konnorsu geridə qoydu və 4-cü sıraya yüksəldi

Cokoviç Cimmi Konnorsu geridə qoydu və 4-cü sıraya yüksəldi

Novak Cokoviç ATP-nin reytinq cədvəlinin zirvəsində 269-cu həftəsini keçirir.

Serb tennisçi sözügedən göstərici üzrə Cimmi Konnorsu (268 həftə) geridə qoyaraq 4-cü sıraya kimi irəliləyib. 2018-ci ilin 5 noyabrında liderliyə yüksələn Cokoviç 30 sentyabrda İvan Lendlı (270 həftə) da qabaqlayacaq.

ATP-nin reytinq cədvəlinə ən uzun müddət başçılıq edən tennisçilərin sıralaması:

1. Rocer Federer - 310 həftə

2. Pit Sampras - 286

3. İvan Lendl - 270

4. Novak Cokoviç - 269

5. Cimmi Konnors - 268


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR