"Cokoviç zədələnməsə, bəlkə də, hazırda "Böyük dəbilqə" titullarının sayına görə lider idi" - Muratoqlu

Serena Vilyamsın məşqçisi Patrik Muratoqlu "Der Spiegel"ə müsahibəsi zamanı Novak Cokoviç haqqında fikirlərini bölüşüb.

Onun fikrincə, serb tennisçinin tarixin ən titullu oyunçusu olmasına zədə amili mane olub:

"Böyük üçlük" ən yaxşı oyununu nümayiş etdirəndə, adətən, Cokoviç daha çox qələbə qazanır. Novakın zədə məsələsi olmasa, bəlkə də, hazırda "Böyük dəbilqə" titullarının sayına görə lider idi. Məncə, Cokoviçin tarixin ən uğurlu tennisçisi olmaq ehtimalı hələ də yüksəkdi".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR