Con Bilayn

Con Bilayn "Klivlend"dən ayrıla bilər

"Klivlend"in baş məşqçisi Con Bilaynın istefası gündəmdədi.

ESPN-in xəbərinə görə, Bilaynın rəhbərliklə görüşü zamanı istefa məsələsi müzakirə olunub. 67 yaşlı mütəxəssisin bu gün "Kavalyers"in baş meneceri Kobi Oltmenlə bir araya gələcəyi gözlənilir.

Bilaynın yaxın 24-48 saat ərzində yekun qərarını açıqlayacağı bildirilir.

Qeyd edək ki, amerikalı çalışdırıcı daha əvvəl 12 il Miçiqan Universitetinin komandasına rəhbərlik edib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR