Con Bilayn

Con Bilayn "Klivlend"dən ayrıldı

"Klivlend"in baş məşqçisi Con Bilayn komandadan ayrılıb.

Bu barədə ESPN məlumat yayıb. Bilaynın köməkçisi Cey Bi Bikerstaff onu əvəzləyəcək. 

67 yaşlı mütəxəssis 12 il çalışdırdığı Miçiqan Universitetinin komandasından 2019-cu ildə ayrılmış və "Kavalyers"lə 5 illik müqavilə imzalamışdı. "Klivlend" rəhbərliyinin Bilaynın mövsümlük maaşının qalan hissəsini ödəyəcəyi bildirilir.

Qeyd edək ki, keçirdiyi 54 oyunun 14-dən qalib ayrılan "Klivlend", hazırda Şərq konfransında sonuncu sırada qərarlaşıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR