Con Terri futbolla vidalaşdı

Con Terri futbolla vidalaşdı
İngiltərə millisinin və "Çelsi"nin sabiq futbolçusu Con Terri futbolla vidalaşıb.

Sport7.az xəbər verir ki, təcrübəli müdafiəçi karyerasını başa vurub.  
 
Bu barədə məlumatı 38 yaşlı müdafiəçi özü verib.

Qeyd edək ki, Terri 1998-2017-ci illərdə "Çelsi"nin, 2017/18 mövsümündə isə "Aston Villa"da çıxış edib. Təcrübəli futbolçu 5 dəfə İngiltərə çempionluğu və 5 dəfə ölkə kubokunun, 3 dəfə İngiltərə Liqa kubokunun, 1 dəfə Çempionlar Liqasının və 1 dəfə Avropa Liqasının qalibi olub.  
 
Sport7.az

Xəbər lenti