"Copa America": Braziliya çempion!

Dünyanın diqqət mərkəzində olan daha bir yarışa, "Copa America"ya yekun vurulub.
 
Sport7.az xəbər verir ki, final matçında Braziliya yığması Peru ilə qarşılaşıb. Bu görüşdə Braziliya yığması rəqibini 3:1 hesabı ilə məğlubiyyətə uğradaraq 9-cu dəfə "Copa America"nın qalibi adını qazanıb. 
 
"Sambaçılar"ın heyətində Everton Soares (15), Qabriel Jesus (45) və Riçarlison (90-p.) fərqlənib. Perunun yeganə qoluna isə 44-cü dəqiqədə penaltidən Paolo Gerrero imza atıb. Braziliya yığmasından Jesus 70-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR